Aprelin 4-də gecə saatlarında Rusiya hərbçiləri İran istehsalı olan "Şahed-136/131" kamikadze dronlarından istifadə edərək cənubdan Odessa şəhəri və onun vilayətinə hücum edib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri teleqram səhifəsində məlumat yayıb.
Bildirilir ki, Azov dənizinin şərq sahili ərazisindən ümumilikdə 17-yə qədər PUA buraxılışı qeydə alınıb. “Cənub” hava komandanlığının hava hücumundan müdafiə qüvvələri və vasitələri 14 dron məhv edib.
Lakin hava həyəcan siqnalları elan edilməmişdən öncə Odessa şəhəri və onun vilayətində partlayış səsləri eşidilib. Dağıntıların olduğu bildirilir.