Şoyqu: “Rusiya Belarusa “İsgəndər-M” zenit-raket kompleksi verib”

A- A A+

“Rusiya Belarusa “İsgəndər-M” zenit-raket kompleksi verib”.

NUHÇIXAN İnformasiya Agentliyi TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqu deyib.

Onun sözlərinə görə, bu kompleks adi və nüvə raketlərindən istifadə edə bilər: “Aprelin 3-dən Rusiya poliqonunda Belarus ekipajlarına İttifaq dövlətini qorumaq üçün komplekslərdən istifadə qaydası üzrə təlimlər başlayıb”.

S.Şoyqu həmçinin söyləyib ki, NATO anti-Rusiya kursunu gücləndirir, Ukraynaya hərbi yardımı artırır, döyüş hazırlığını artırmaq üçün tədbirlər həyata keçirir: “Yaxın vaxtlarda Finlandiya da Alyansa üzv olacaq. Bütün bunlar münaqişənin əhəmiyyətli dərəcədə genişlənməsi riskləri yaradır, lakin bu, xüsusi əməliyyatın nəticələrinə təsir etməyəcək”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: