Ermənistan parlamentinin binası qarşısında mitinq keçirilir, Paşinyanın istefası tələb olunur
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb.
Bildirilib ki, aksiyada iştirak edənlər arasında 44 günlük müharibədə həlak olan hərbçilərin valideynləri də var.
Onlar Ermənistan dövlətinin təhlükəsizliyini təmin etmək üçün Nikol Paşinyan rejiminin istefasını tələb edirlər.
Məlumata görə, aksiya dinc şəkildə keçirilir və xəbərdarlıq xarakteri daşıyır.