Ermənistanın keçmiş xarici işlər naziri Zöhrab Mnatsakyan 44 günlük müharibənin şəraitini öyrənən müvəqqəti parlament komissiyasına çağırılıb.
NUHÇIXAN İnformasiya Agentliyi “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə parlamentdən bildirilib.
Qeyd olunub ki, o, hazırda komissiyanın iclasında iştirak edir.
Bundan əvvəl Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan da komissiyaya çağırılmışdı.
Xatırladaq ki, sözügedən komissiya təxminən 1 il əvvəl yaradılıb.