Rusiya Finlandiyanın NATO-ya üzvlüyünü öz milli maraqlarına təhdid kimi qiymətləndirir

A- A A+

Finlandiyanın NATO-ya üzv olması Rusiyanın bu ölkə ilə münasibətlərinə mənfi təsir göstərməyə bilməz.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu fikir Rusiya XİN-in Finlandiyanın NATO-ya üzvlüyü ilə əlaqədar yaydığı bəyanatda yer alıb. Bildirilir ki, Moskva hərbi-texniki və digər xarakterli cavab tədbirləri görmək məcburiyyətində qalır. Rusiyanın Şimal-Qərb sərhədlərində müdafiə tədbirləri Finlandiyanın Şimali Atlantika Alyansına inteqrasiyasının şərtlərindən, o cümlədən NATO hərbi infrastrukturunun və digər hücum silahlarının yerləşdirilməsindən asılı olacaq.

Qeyd edək ki, aprelin 4-də Finlandiyanın NATO-ya üzv olmasına dair rəsmi prosedurlar başa çatıb.

Finlandiyanın NATO-ya üzvlüyü məsələsini Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov da şərh edib. O bildirib ki, Kreml Finlandiyanın NATO-ya üzv olmasını vəziyyətin gərginləşdirilməsi, Rusiyanın milli maraqlarına təhdid kimi qiymətləndirir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: