Tramp barədə həbs qərarı ləğv edilib - YENİLƏNİB

A- A A+

ABŞ-ın sabiq prezidenti Donald Tramp barədə həbs qərarı ləğv edilib və o, məhkəmə binasını tərk edib.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bu barədə Reuters məlumat verib.

Manhetten prokurorluğu Tramp barədə 34 bənddən ibarət ittiham aktını dərc edib.

ABŞ qanunvericiliyinə görə, ittiham elan edilənədək təqsirləndirilən şəxs barəsində həbs qərarı verilir. İttihamlardan sonra Trampın həbs olunacağı gözlənilmirdi. Lakin o, müdafiə tərəfinin gözlədiyi 20-30 dəqiqə əvəzinə təxminən iki saat həbsdə qalıb.

***

04.04.2023

21:51

ABŞ-ın keçmiş prezidenti Donald Tramp qiyabi həbs olunub.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Həbs ona qarşı ittiham irəli sürülənədək davam edəcək. Trampın yarım saat ərzində məhkəməni sərbəst tərk edəcəyi gözlənilir.

Qeyd edək ki, həbs onun həbsxanaya salınması deyil. Təqsirləndirilən şəxs yalnız ittiham irəli sürülən zaman həbsdə qalır.

Tramp əvvəllər həbslə nəzərdə tutulan faktiki olaraq bütün əlavə prosedurlardan azad edilib. Onun əlləri qandallanmayacaq, iş materialları üçün şəkli çəkilməyəcək, sabiq dövlət başçısının barmaq izləri əvvəlcədən götürülüb.

Daha əvvəl “Yahoo News” portalı prokurorluqdakı mənbələrə istinadən məlumat yayıb ki, Trampa qarşı qaldırılacaq 34 bəndlik ittihamların hər biri 4 ilədək həbs cəzası ehtimalını ehtiva edir.

“Donald Tramp çərşənbə axşamı həbs olunacaq və ona qarşı maliyyə sənədlərinin saxtalaşdırılmasına görə 34 ağır cinayət maddəsi üzrə ittihamlar barədə məlumat veriləcək”, - mənbə bildirib.

Nyu-Yorkun cinayət məcəlləsinə görə, bu, dörd ilə qədər həbslə cəzalandırıla bilər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: