Panamanın cənub sahillərində 6,6 bal gücündə zəlzələ qeydə alınıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə ABŞ-ın Geoloji xidməti bildirib.
Məlumata əsasən, yeraltı təkanların episentri David şəhərindən 94 km cənubda yerləşib. Zəlzələnin ocağı 10 km dərinlikdə olub.
Xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb. Sunami təhlükəsi elan edilməyib.