Türkiyə sahillərində Ukrayna istiqamətində üzən gəmi batıb

A- A A+

Qvineya-Bisau bayrağı altında üzən kommersiya gəmisi Türkiyənin Aralıq dənizi sahillərindəki Kumluca şəhəri yaxınlığında batıb.

NUHÇIXAN İnformasiya Agentliyi Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə aprelin 5-də yerli vaxtla saat 03:47-də baş verib. Antalya valisi Ersin Yazıcının sözlərinə görə, qəza zamanı gəminin göyərtəsində 14 ekipaj üzvü olub, onlardan beşi xilas edilib. Hazırda Türkiyənin xilasetmə xidmətləri doqquz ekipaj üzvünün axtarışını davam etdirir. Axtariş-xilasetmə əməliyyatına iki helikopter və bir təyyarə cəlb olunub.

Türkiyənin sahil-mühafizə xidmətinin məlumatına əsasən, gəmi İskenderun limanından Ukraynanın İzmail limanı istiqamətində üzürdü.

Kumluca şəhərinin Baş prokurorluğu insidentlə bağlı təhqiqata başlayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: