Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ Dövlət katibi Entoni Blinkenlə F-16-ların Türkiyəyə göndərilməsi və İsveçin NATO-ya üzvlük prosesini müzakirə edib.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bu barədə türkiyəli nazir mətbuat konfransı zamanı bildirib.
O qeyd edib ki, İsveçin NATO-ya daxil olması üçün terrorla mübarizədə əlavə addımlar atması zəruridir.