Kreml Finlandiyanın NATO-ya üzv olmasına münasibət bildirib: "Rusiya üçün təhlükəlidir"

A- A A+

“Finlandiyanın NATO-ya üzv olması Rusiya üçün təhlükə yaradır”.

NUHÇIXAN İnformasiya Agentliyi TASS-a istinadən xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.

Onun sözlərinə görə, Finlandiyanın NATO-ya daxil olması Avropada sabitliyi və təhlükəsizliyi gücləndirməyəcək: "Finlandiya NATO-ya daxil olduqdan sonra Rusiya öz təhlükəsizliyini təmin etmək üçün əlavə tədbirlərə ehtiyac duyacaq, lazım olan hər şeyi edəcək".

Qeyd edək ki, Finlandiya dünən NATO-ya rəsmi üzv olub. Bununla da Alyans üzvlərinin sayı 31-ə çatıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: