Kreml Çin səfirinin sözlərinə münasibət bildirib

A- A A+

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Çinin Avropa İttifaqındakı daimi nümayəndəsinin sözlərini şərh edib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, D.Peskov Rusiya-Çin münasibətlərinin ÇXR sədri Si Çinpinin Moskvaya səfəri zamanı imzalanmış sənədlərdə əksini tapdığını və bu sənədlərin ikitərəfli əlaqələrin bütün spektrini nümayiş etdirdiyini bildirib.

Xatırladaq ki, Çinin Avropa İttifaqındakı daimi nümayəndəsi Fu Tsun Rusiya ilə ölkəsi arasında sonsuz dostluq əlaqələri barədə deyilənlərin düzgün olmadığını qeyd edərək bu fikirləri “ritorika” adlandırıb. Diplomatın sözlərini “The New York Times” qəzeti yayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: