Rusiya Prezidenti Vladimir Putin Ukrayna böhranının ABŞ-nin “rəngli inqilabları” dəstəkləməsi səbəbindən baş verdiyini bildirib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, V.Putin bu fikri xarici ölkə səfirlərinin etimadnamələrinin təqdimatı mərasimində ABŞ səfiri Linn Treysiyə müraciətlə söyləyib. O bildirib ki, Birləşmiş Ştatların xarici siyasətində “rəngli inqilablar” alətindən istifadə etməsi, 2014-cü ildə Ukraynada dövlət çevrilişini dəstəkləməsi indiki böhranın yaranmasına gətirib çıxarıb. V.Putinin fikrincə, bu, həm də Rusiya-ABŞ münasibətlərinin pisləşməsinə səbəb olub.
Rusiya Prezidenti Vladimir Putin aprelin 5-də Kremldə 17 ölkənin yeni təyin olunmuş səfirlərinin, o cümlədən ABŞ diplomatik nümayəndəliyinin rəhbəri Linn Treysinin etimadnaməsini qəbul edib.