Qərb ölkələri sülh əldə olunana qədər Kiyevi silahla təmin edəcək

A- A A+

Qərb ölkələri Ukraynadakı münaqişənin həlli üçün diplomatik səyləri dəstəkləyir, lakin sülh əldə olunana qədər Kiyevə silah tədarükünü davam etdirəcək.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu ABŞ-ın Dövlət katibi Entoni Blinken deyib.

“ABŞ HIMARS MLRS üçün döyüş sursatı, PUA əleyhinə avadanlıq və artilleriya mərmilərinin daxil olduğu 35-ci silah və hərbi texnika paketinin ayrıldığını elan etdi. Bu tədarüklər Ukraynaya mülki infrastrukturu raket və PUA hücumlarından qorumağa imkan verəcək. ABŞ və Ukraynanın müttəfiqləri bu ölkədə sülhün əldə olunmasına kömək edəcək mühüm diplomatik səyləri dəstəkləyir”, -deyə Dövlət katibi qeyd edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: