İstanbulda beşmərtəbəli bina çöküb

A- A A+

Türkiyənin İstanbul şəhərində istifadəsiz qalan bina çöküb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə görüntüləri “TRT Haber” təqdim edib.

Qeyd olunub ki, beşmərtəbəli binanın beton konstruksiyası dağılmağa başlayıb və bu səbəbdən bina çöküb.

Hadisə yerinə gələn polis və xilasedicilər tərəfindən əraziyə giriş-çıxış bağlanıb.

Həmçinin əlavə olunub ki, hadisə nəticəsində xəsarət alan yoxdur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: