ABŞ bu ilin sonuna qədər M1A1 Abrams tanklarını Kiyevə çatdırmağı planlaşdırır.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinqh bildirib.
Amerika tanklarının Ukraynaya çatdırılma vaxtı ilə bağlı sualı cavablandıran Sinqh deyib: “Elan edəcəyimiz yeni bir şeyimiz yoxdur”. O vurğulayıb ki, ukraynalı hərbçilərin “Abrams” tanklarının döyüşdə istifadəsi üzrə təlimləri hələ başlanmayıb.
“Məqsədimiz onları ilin sonuna qədər Ukraynaya çatdırmaqdır. İndi danışa biləcəyimiz yeganə tarixlər bunlardır”.