Litva Ukraynaya yeni hərbi yardım paketi barədə anons verib. Yardım paketinin dəyəri 41 milyon avro olacaq.
NUHÇIXAN İnformasiya Agentliyi bu barədə Litvanın müdafiə naziri Arvidas Anuşauskasın tviter səhifəsinə istinadla xəbər verir. Nazir qeyd edib ki, yardım paketi avadanlıqdan və beynəlxalq fondlara ianələrdən ibarət olacaq.
Anuşauskas yazıb: “Litva tərəfindən Ukraynaya yeni hərbi yardım paketinin dəyəri təqribən 41 milyon avroya bərabər olacaq. Bu paket artıq tədarük edilmiş və yeni tədarük ediləcək texnika və avadanlıqdan, həmçinin beynəlxalq fondlara ianələrdən ibarət olacaq”.