Fransada 14 yaşlı yeniyetmə terror aktları hazırlamaqda şübhəli bilinərək saxlanılıb

A- A A+

Fransa xüsusi xidmət orqanlarının əməkdaşları terror aktları hazırlamaqda şübhəli bilinən 14 yaşlı yeniyetməni saxlayıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə “Agence France-Presse” (AFP) respublikanın antiterror prokurorluğuna istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, “Yuxarı Reyn departamentində (ölkənin şimal-şərqində - red.) 14 yaşlı yeniyetmə saxlanılıb”. Hüquq-mühafizə orqanlarının məlumatına görə, “yeniyetmə terror aktları törətməyə hazırlaşırmış”.

Saxlanılan şəxsin üzərində “partlayıcı qurğuların hazırlanması üçün elementlər, həmçinin İŞİD-i təbliğ edən çoxlu sayda videolar aşkar edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: