ABŞ Ermənistanı keçirəcəyi hərbi təlimlərdən kənarlaşdırıb

A- A A+

ABŞ Müdafiə Nazirliyi Ermənistanı aprelin 22-də keçirəcəyi təlimlərdə iştirak edəcək dövlətlər siyahısından çıxarıb.

NUHÇIXAN İnformasiya Agentliyi “Armenpress”ə istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi açıqlama yayıb.

Bildirilib ki, məlum hərbi təlimə qatılmasa da, Ermənistan Müdafiə Nazirliyi 2023-cü il ABŞ ordusunun Avropadakı komandanlığı tərəfindən təşkil ediləcək iki təlimdə (KFOR və “Saber Junction”) iştirak etməyi planlaşdırır.

Məlumata görə, aprelin 22-də başlayacaq “Defender 2023” təlimində 9 minə yaxın ABŞ əsgəri iştirak edəcək. ABŞ-da yerləşən qüvvələrin strateji dislokasiyası, əvvəlcədən yerləşdirilmiş ehtiyatlardan istifadə, Avropa müttəfiqləri və tərəfdaşları ilə qarşılıqlı fəaliyyət məsələlərinə yönəlmiş illik təlim təxminən iki ay davam edəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: