Çində istehsal olunan AC332 çoxməqsədli mülki helikopter bu gün ilk uçuşunu həyata keçirib.
NUHÇIXAN İnformasiya Agentliyi Çin Mərkəzi Televiziyasına istinadla xəbər verir ki, AC332 helikopteri günün ikinci yarısında Tyantszin şəhərində havaya qalxıb. Sınaq uğurla nəticələnib.
İki mühərrikli mülki helikopter göyərtəsinə 10 nəfər və 600 kiloqram yük götürə bilir. Onun çəkisi 3850 kiloqram, sürəti saatda 260 kilometr, maksimum uçuş məsafəsi isə 700 kilometrə yaxındır.
AC332 qəza-xilasetmə işləri, hüquq-mühafizə xidməti, həmçinin yüksək hündürlükdə və dəniz üzərində əməliyyatlar üçün nəzərdə tutulub.