Entoni Blinken NATO ölkələrini hərbi xərclərini artırmağa çağırıb

A- A A+

ABŞ-nin dövlət katibi Entoni Blinken NATO ölkələrini hərbi xərcləri artırmağa və ümumi daxili məhsulun iki faizdən çoxunu müdafiəyə ayırmağa çağırıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Entoni Blinken bu çağırışı “Funke” media qrupuna müsahibəsində səsləndirib. O, 2022-ci ildən NATO-nun müasir çağırışları əks etdirən yeni strategiya konsepsiyasının qüvvəyə mindiyini qeyd edib.

“Biz müharibənin əvvəlindən Ukraynaya hərbi dəstək göstəririk. Bu, alyans ölkələrinin silah ehtiyatlarının azalmasına səbəb olub. Boşluqları doldurmaq lazımdır. Biz hərbi istehsalın və müdafiə xərclərinin dayanıqlı və daimi ritmini təmin etməliyik”, - deyə dövlət katibi bildirib.

NATO-nun Baş katibi Yens Stoltenberq martın 21-də bəyan edib ki, alyansa üzv 30 ölkədən yalnız yeddisi müdafiə xərclərini ÜDM-in iki faizinə çatdırmaq öhdəliyini yerinə yetirib. Yunanıstan bu göstəricini 3,54 faizə, ABŞ 3,46 faizə, Litva 2,47 faizə, Polşa 2,42 faizə, Böyük Britaniya 2,16 faizə, Estoniya 2,12 faizə, Latviya 2,07 faizə çatdırıb. Almaniyada müdafiə xərcləri ümumdaxili məhsulun 1,49 faizinə bərabərdir. Siyahıda son iki yeri isə ənənəvi olaraq İspaniya və Lüksemburq tutur – müvafiq olaraq 1,09 faiz və 0,62 faiz.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: