İsrailin paytaxtı Təl-Əvivdə törədilən terror aktı nəticəsində ölən və yaralananlar turist olub.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə ölkənin Tibbi Yardım Xidməti məlumat yayıb.
Qeyd olunub ki, xəsarət alan turistlər tibb müəssisələrinə yerləşdirilib.
Ölən şəxs İtaliyadan gələn qonaq olub. Yaralananlardan üçünün vəziyyəti orta-ağırdır. Digər iki nəfərin xəsarətləri isə yüngüldür.
Xatırladaq ki, terrorçu əvvəlcə avtomobillə bir neçə piyadanı vurub, sonra avtomobilindən düşüb və bir neçə nəfəri güllələməyə cəhd edib. Bundan sonra polis onu zərərsizləşdirib.