Türkiyə parlamenti qaz habının fəaliyyəti üçün ilk qərarı qəbul edib

A- A A+

Türkiyə parlamenti qaz ticarəti üzrə beynəlxalq mərkəzin fəaliyyəti üçün qanunvericilikdə lazım olan düzəlişlərə başlayıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönmez CNN Turk telekanalına müsahibəsində deyib.

“Qaz habı kontekstində ilk qanunverici qərarlar parlamentdən keçib. Beləliklə “Botaş” (Türkiyənin neft-qaz kompaniyası – red.) və digər kompaniyalar daha sürətlə və asan işləyə biləcək. Qaz ticarəti mərkəzinin fəaliyyətə başlaması ilə qiymətlər ucuzlaşacaq ki, bu da Avropa üçün vacibdir. Türkiyə qazın qiymətini müəyyən edən bazarlardan birinə çevriləcək”, - deyə nazir bildirib. O, həmçinin Ankaranın Avropaya qaz nəqli və satışı üçün digər ölkələrlə də əməkdaşlıq variantlarını nəzərdən keçirdiyini, o cümlədən birgə müəssisə yaradılmasına dair Azərbaycanla razılaşmanın olduğunu qeyd edib.

Fatih Dönmezin xatırladıb ki, Türkiyə ildə 100 milyard kubmetr qaz ala bilər, bunun 60 milyard kubmetri daxildə istehlak olunacaq, 40 faizi isə qonşu ölkələrə satılacaq. Nazirin sözlərinə görə, əvvəlki qanunvericilik təbii qazın ixracı imkanları baxımından çoxsaylı məhdudiyyətləri nəzərdə tuturdu.

Bir müddət öncə Türkiyə parlamenti ölkə ərazisində energetik habın qurulması üzrə layihənin reallaşması çərçivəsində “Botaş” kompaniyasının strukturunda dəyişikliklə bağlı qanun layihəsini qəbul edib. Bundan sonra qaz idxalı ilə həm “Botaş”, həm də özəl sektorda fəaliyyət göstərən hüquqi şəxslər məşğul ola biləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: