Şimali Koreya nüvə silahı daşıya bilən pilotsuz sualtı zərbə aparatın növbəti sınaqlarını keçirib.
NUHÇIXAN İnformasiya Agentliyi Koreya Mərkəzi Televiziyasına istinadla xəbər verir ki, aprelin 4-dən 7-dək strateji “Heyl-2” silahının sualtı sisteminin sınaqları baş tutub. “Bu sistem düşmənlərin artan hərbi fəaliyyətlərinin qarşısının alınması, təhlükənin dəf edilməsi və ölkənin müdafiəsi üçün KXDR Silahlı Qüvvələrinin hərbi potensialının perspektivli hissəsi olacaq”, - deyə məlumatda bildirilir.
Hamqen-Namdo əyalətindəki limanlardan birindən start götürən “Heyl-2” pilotsuz sualtı zərbə aparatı təxminən 71 saat ərzində dənizin dibi ilə min kilometrə yaxın məsafə qət edərək sınaq başlığının şərti hədəfə doğru uğurlu atışını həyata keçirib.
Pilotsuz sualtı aparatın ilk sınaqları barədə məlumatlar martın 24-də dərc olunmuşdu. Onun radioaktiv sunami yarada və gözlənilmədən hücuma keçə biləcəyi deyilir.