Xocavənd rayonunun Çartar yaşayış məntəqəsində ağacdan asılı vəziyyətdə meyit tapılıb.
NUHÇIXAN İnformasiya Agentliyi erməni KİV-lərinə istinadla xəbər verir ki, ölən şəxsin araşdırma nəticəsində Yemişcan yaşayış məntəqəsində yerləşən erməni silahlı dəstəsinin 2004-cü il təvəllüdlü üzvü olduğu müəyyən edilib.
İntihar etdiyi müəyyənləşdirilən qanunsuz dəstə üzvünün əyyaşlığa və qumara meyilli olduğu da bildirilir.
Yaxınları məlumat veriblər ki, külli miqdarda borclarını ödəmək məqsədilə müqavilə əsasında qeyri-qanuni erməni silahlı dəstəsinə üzv olan həmin şəxs borc sahiblərinin tələblərindən təngə gələrək özünü asıb.