Silahlılar Nigeriyanın şimal-qərbində çoxu uşaq və qadınlar olmaqla, 80 nəfəri oğurlayıblar.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə “Premium Times” qəzeti Zamfara ştatının hakimiyyət orqanlarına istinadən məlumat yayıb.
Bildirilib ki, qaçırılan şəxslər Tsafe kəndinin sakinləridir. Onlar naməlum istiqamətə aparılıblar. Yerli sakinlər oğurlananların sayının 100-dən çox ola biləcəyini istisna etmirlər.
Oğurlananların azad edilməsi üçün əraziyə hərbçilər göndərilib.