Aprelin 9-da İsrail Hərbi Hava Qüvvələrinə məxsus qırıcılar Suriyada hərbi komplekslərə, radar sistemlərinə və artilleriya postlarına zərbələr endirib.
NUHÇIXAN İnformasiya Agentliyi TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusu məlumat yayıb.
Bildirilib ki, bir müddət əvvəl İsrail ordusuna məxsus qırıcı təyyarələr Suriya ərazisindəki hədəflərə, o cümlədən Suriya silahlı qüvvələrinin dördüncü diviziyasının hərbi kompleksinə, radar sistemlərinə və artilleriya postlarına zərbələr endirib.
Vurğulanıb ki, Suriya öz ərazisində baş verən bütün hərəkətlərə görə məsuliyyət daşıyır və İsrail ordusu ölkənin suverenliyinin pozulması üçün edilə biləcək heç bir cəhdə imkan verməyəcək.