Ukrayna minatəmizləmə avadanlıqları istehsal edəcək.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Ukraynanın strateji sənaye naziri Aleksandr Kamışin teleqramda yazıb.
"Strateji Sənaye Nazirliyi humanitar minatəmizləmə üçün maşın və avadanlıqların yerli istehsalının işə salınmasına cavabdehdir", - Kamışin bildirib.
O, minatəmizləmə probleminin Ukrayna üçün bir müddət aktual qalacağını vurğulayıb.
Bundan əvvəl Kamışin deyib ki, Ukrayna və Polşa birgə 125 mm-lik tank mərmiləri istehsal edəcək. Onun sözlərinə görə, Strateji Sənaye Nazirliyi Ukrayna ordusu üçün sursat istehsalının artırılmasına diqqət yetirəcək.
Bundan əlavə, Ukrayna NATO ölkələrindən biri ilə birlikdə 122 mm-lik artilleriya mərmiləri istehsal etməyə başlayıb.