“Tesla” Çində zavod quracaq

A- A A+

ABŞ-ın elektrikli avtomobil və akkumulyator istehsalçısı “Tesla” Çinin Şanxay şəhərində enerji saxlama qurğularının istehsalı üçün geniş miqyaslı obyekt quracaq.

NUHÇIXAN İnformasiya Agentliyi Anadolu agentliyinə istinadla xəbər verir ki, təməli bu ilin üçüncü rübündə qoyulacaq layihə üçün aprelin 9-da Şanxayda imzalanma mərasimi keçirilib.

Şirkət 2024-cü ilin ikinci rübündə fəaliyyətə başlaması planlaşdırılan fabrikdə təxminən 4 meqavat-saat elektrik enerjisi saxlaya bilən “Megapack” adlı litium-ion batareya blokları istehsal edəcək.

“Tesla”nın hələ də ABŞ-ın Kaliforniya ştatının Latrop şəhərində ildə 10.000 Meqapaket istehsal etmək gücünə malik “meqa fabriki” var.

Şirkət həmçinin Şanxayda ildə 1 milyon elektrik avtomobili istehsal edə bilən "giqa fabriki"ni əlavə olaraq 450 min tutumla genişləndirməyi planlaşdırır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: