İranın paytaxtı Tehran şəhərində ikimərtəbəli yaşayış binasının uçması nəticəsində 7 nəfər xəsarət alıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə yerli “Tasnim” agentliyi Tehranın xilasetmə xidmətinə istinadən məlumat yayıb.
Xidmətdən bildirilib ki, qəzaya səbəb qaz partlaması olub.
Hadisə yerinə gələn xilasedicilər 7 nəfəri binanın dağıntıları altından çıxarıb və onların hamısı xəstəxanaya yerləşdirilib.