Yunanıstan İsraildən 400 mln. dollar dəyərində “Spike” raketləri əldə edəcək

A- A A+

İsrail Yunanıstana tank əleyhinə raketlər satacaq.

NUHÇIXAN İnformasiya Agentliyi "Reuters"ə istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, İsrail Yunanıstana dövlətə məxsus müdafiə podratçısı "Rafael" tərəfindən istehsal olunan tank əleyhinə "Spike" raketlərini satmaq üçün 400 milyon dollar dəyərində müqavilə imzalayıb.

“Bu layihə İsrail ilə Yunanıstan arasında bir sıra sazişlərin sırasına qoşulur və ölkələrimiz və müdafiə qurumlarımız arasında güclü tərəfdaşlığı, eləcə də regional sabitliyin təmin edilməsinə dair qarşılıqlı öhdəliyimizi daha da vurğulayır", - İsrailin müdafiə naziri Yoav Gallant bildirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: