İranın Kürdüstan vilayətində məktəbli qızların zəhərlənməsi valideynlərlə polis arasında qarşıdurmaya səbəb olub.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, məktəbdə qızların zəhərlənməsi barədə məlumat alan valideynlər təcili olaraq məktəbin qarşısına toplaşıblar. Hadisə yerinə gələn polis onları məktəbin qarşısından uzaqlaşdırmağa çalışıb, bu isə qarşıdurmaya səbəb olub. Zorla məktəbə daxil olan valideynlər çağırılan təcili tibbi yardım avtomobilini gözləmədən uşaqlarını həkimə çatdırıblar.
Qeyd edək ki, İranın Kürdüstan vilayətindəki qızlar məktəbində qidalanmadan 74 məktəbli zəhərlənib. Onlardan 20-nin vəziyyəti ağırdır.
Oxşar hadisə mart ayında Tehranda da baş verib. Zəhərlənməyə səbəb məktəbin yeməkxanasında istifadə müddəti başa çatmış qida məhsullarından istifadə olub.