Ermənistanın Baş prokuroru Anna Vardapetyan müxalifətçi deputat Mher Saakyana qarşı cinayət işinin başlanması üçün parlamentin spikeri Alen Simonyana vəsatət göndərib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.
Müraciətə səbəb müxalifətçi deputatın hakim partiyadan olan həmkarını parlamentdə vurması hadisəsi olub.
Xatırladaq ki, martın 31-də Ermənistanın “Hayastan” fraksiyasının deputatı Mher Saakyan hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb və buna səbəb kimi parlamentin iclasına az qalmış Saakyan və “Vətəndaş müqaviləsi” partiyasının deputatı Vladimir Vardanyan arasında dava göstərilib.