Qazaxıstanda multiregional habın açılması ilə bağlı “Microsoft” kompaniyası ilə razılaşma əldə olunub.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə məlumat Qazaxıstanın rəqəmsal inkişaf naziri Bağdad Musinlə “Microsoft” kompaniyasının Qazaxıstan üzrə Baş direktoru Sergey Leşenko arasında görüşün gedişində yayılıb. Habın fəaliyyəti Mərkəzi Asiya ölkələrini, Azərbaycan, Gürcüstan, Ermənistan, Monqolustan və Pakistanı əhatə edəcək.
Ötən ilin sentyabrında Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev BMT Baş Assambleyasının 77 sessiyasında iştirak etmək üçün Nyu-Yorka səfəri çərçivəsində “Microsoft” korporasiyasının Mərkəzi və Şərqi Avropa üzrə Baş direktoru Mişel Simmons ilə görüşüb. Görüş zamanı gələcək əməkdaşlıq, əsasən də Qazaxıstan ofisinin regional hab səviyyəsinə qədər genişləndirilməsi məsələsi müzakirə olunub.