Fransada Prezidentlə Baş nazir arasında fikir ayrılığı yaranıb

A- A A+

Yelisey və Matinyon arasında nə baş verir? Müxtəlif hesabatlar Fransa Prezidenti ilə Baş nazir arasında fikir ayrılıqlarına işarə edir.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Fransa mediasında Prezidentlə Baş nazir arasında fikir ayrılığının olması ilə bağlı iddialar yer alır. Baş nazir Elizabet Born pensiya islahatından sonra ölkədəki vəziyyəti sakitləşdirmək üçün çalışmaq lazım olduğunu bildirib. O qeyd edib ki, Fransada vəziyyəti saktiləşdirməyə ehtiyac var, bu dəfə həmişə olduğu kimi olmayacaq.

“Parlamentdə qanun layihələrinin mətnlərini qəbul edib bir araya gəlməli olacağıq”, - deyə Baş nazir vurğulayıb. KİV-lərin bildirdiyinə görə, onun bu fikri, əslində, Prezidentə “pensiya islahatından əl çəkin” deməkdir. Onun fikrincə, müzakirələr qapalıdır, zamana ehtiyac var. Həmçinin insanlara diqqət göstərilməlidir. Baş nazir sosial tərəfdaşlarla dialoqu bərpa etməyə, əksəriyyəti yenidən birləşdirməyə çağırış edib.

Aryejdə səfərdə olan E. Born Emmanuel Makronla heç bir gərginliyin olmadığını və ya məsafə hiss etmədiyini bir daha səsləndirib. Qeyd edib ki, o, Prezidentin onun üçün təyin etdiyi kursla işləyir və yol xəritəsi üzərində çalışır. Qeyd olunub ki, o, Prezidentlə eyni məqsədləri bölüşür, lakin ola bilsin, tempdə fərqlər var.

Hazırkı siyasi kontekstdə Konstitusiya Şurasının qərarından çox şey asılıdır. Pensiya islahatı senzuraya məruz qalacaqmı? Əgər senzuraya məruz qalarsa, bu, tam və ya qismən olacaq? Hökumət senzuraya hazırlaşır. Baş nazirin gələcək üçün missiyası var - yeni qanunvericilik gündəliyi yaratmaq.

Hazırkı proseslər hökumətin qanun layihələrinin qəbulunda ciddi maneələrlə üzləşdiyini göstərir.

Qeyd edək ki, pensiya islahatı ilə əlaqədar hökumət və həmkarlar ittifaqları arasında aparılan danışıqlar bəhrə vermədi. Aprelin 6-dan ölkədə etiraz nümayişləri və tətillər yenidən bərpa olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: