Ukraynadakı vəziyyət fonunda respublikaları alyansa cəlb etmək cəhdləri xüsusilə kinli görünür.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
“Kişinyovla əməkdaşlığı genişləndirməyə hazır olduğunu bəyan edən NATO, görünür, Moldovadan Rusiya ilə geosiyasi qarşıdurma üçün təlim poliqonu hazırlayır”, - deyə Rusiya XİN-in rəsmi nümayəndəsi qeyd edib.