Yaxın on ildə Ukraynada mədəniyyət obyektlərinin bərpası üçün təxminən 10 milyard dollara ehtiyac olacaq.
NUHÇIXAN İnformasiya Agentliyi xarici saytlara istinadla xəbər verir ki, bunun UNESCO-nun Baş direktoru Odri Azule bu ölkəyə səfərindən sonra səsləndirib. Səfər çərçivəsində O.Azule mədəni obyektlərə, o cümlədən dağılmış və ya zədələnmiş ərazilərə baş çəkib.
UNESCO-nun təsdiqlədiyi məlumatlara görə, 2022-ci ilin fevral ayından indiyədək Ukraynada 107 dini obyekt, 21 muzey, 89 tarixi-bədii obyekt, 19 abidə və 12 kitabxana zərər görüb.
Xatırladaq ki, Ermənistanın işğalı nəticəsində Qarabağ və ətraf rayonların ərazilərində rəsmi fəaliyyət göstərmiş 67 müsəlman məscidindən 63-ü tamamilə, 4 məscid isə qismən dağıdılaraq yararsız hala salınıb. Ermənilər Qərbi Azərbaycanda da bizə məxsus tarixi abidələrimizi məhv ediblər.