Türkiyənin “Qızıl alma” pilotsuz təyyarəsi 2025-ci ildə istifadəyə veriləcək.
NUHÇIXAN İnformasiya Agentliyi Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Səlcuq Bayraktar Prezident Rəcəb Tayyib Ərdoğanla danışığı zamanı məlumat verib.
O, indiyədək 2 “Qızıl alma”nın istehsal olunduğunu da xatırladıb.
S.Bayraktar həmçinin bildirib ki, “Bayraktar TB-3” PUA-sı 2024-cü ildə istifadəyə veriləcək: “Bu müddət ərzində sınaq uçuşları həyata keçiriləcək”.
Qeyd edək ki, “Qızıl alma” Türkiyənin ilk pilotsuz təyyarəsidir. Bu texnika ilk dəfə ötən ilin martında təqdim olunmuşdu.