G7-nin maliyyə nazirləri və mərkəzi bank rəhbərləri aprelin 12-də Vaşinqtonda görüşəcəklər.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə jurnalistlərə Yaponiyanın maliyyə naziri Şuniçi Suzuki bildirib.
“G7-nin maliyyə nazirləri və mərkəzi banklarının rəhbərlərinin iclasına sədrlik edəcəyəm. Danışıqlar Hindistanın sədrliyi ilə Vaşinqtonda keçiriləcək G20-nin maliyyə departamentlərinin rəhbərləri və mərkəzi banklarının rəhbərlərinin görüşü çərçivəsində aparılacaq”, -deyə maliyyə naziri qeyd edib.