Ukraynadakı uşaqlar yay tətilini İspaniyada keçirəcək

A- A A+

İspaniya Rusiya işğalından zərər çəkmiş Ukraynadan olan uşaqlar üçün yay tətilinin təşkilini öz üzərinə götürüb.

Bu barədə NUHÇIXAN İnformasiya Agentliyi “Times”a istinadən xəbər verir.

Avropa Parlamentində sosialistlər və demokratlar fraksiyasının lideri İrats Qarsiya bombardman altında yaşayan ukraynalı uşaqlar üçün “həmrəylik tətili” təşəbbüsü ilə çıxış edib.

“Düşünürəm ki, bu, əla ideyadır. Üstəlik, bizim artıq Çernobıl zonasından olan ukraynalı uşaqları ispan ailələrində yaşamağa qəbul etməkdə müəyyən təcrübəmiz var”, - İspaniya Baş nazirinin birinci müavini Nadia Kalvinyo bildirib.

Avropa ölkələrində tətillər ilk növbədə Ukraynada qalan uşaqlar, xüsusən də yetimlər üçün təşkil edilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: