Rusiyada hərbi komissarlığa gəlməyən şəxslərə qarşı məhdudiyyətlər tətbiq olunacaq

A- A A+

Rusiya Dövlət Duması aprelin 11-də hərbi mükəlləfiyyət üzrə vahid reyestrə düzəlişləri müzakirə edir.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, yeni qaydalara əsasən, həqiqi hərbi xidmətə çağırış vərəqəsinin elektron variantda göndərilməsi mümkün olacaq. Hərbi komissarlığa gəlməyən şəxslərə qarşı ölkədən çıxışa, nəqliyyat vasitələrinin idarə olunmasına, əmlak satışı və alışına, kredit götürülməsinə qadağalar kimi məhdudiyyətlər qoyulacaq.

Dövlət Dumasının müdafiə komitəsinin sədr müavini Andrey Kartapolov jurnalistlərə deyib ki, yeni qaydalar yalnız çağırışçılara deyil, bütün hərbi qulluqçulara, yəni ehtiyatda olan bütün vətəndaşlara şamil ediləcək.

Qaydalar təsdiqləndiyi gündən qüvvəyə minəcək. Deputat əlavə edib ki, Rusiyada hazırda hərbi səfərbərlik elan olunması nəzərdə tutulmur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: