Filippində 12,2 min amerikalı hərbçinin iştirakı ilə təlimlər başlayıb

A- A A+

Aprelin 11-də Filippində ABŞ ordusu ilə birgə miqyası “Balikatan 2023” manevrləri başlayıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu il operativ uyğunluğun inkişafına yönələn təlimlər aprelin 28-dək davam edəcək. Keson-Siti şəhərində açılışı olan manevrlər indiyə qədər keçirilən təlimlərin ən böyüyü olacaq. Sayca 38-ci “Balikatan” təlimlərində 17,6 mindən çox hərbçi iştirak edir ki, onların da 12,2 mini amerikalı, 5,4 mini filippinli əsgərdir. Bundan başqa, 12 ölkənin nümayəndələrinin müşahidəçi qismində qatıldığı manevrlərə Avstraliyadan 111 hərbçi də cəlb olunub.

Hərbi birləşmələr dənizdə təhlükəsizliyin təmin olunmasını, desant əməliyyatlarını məşq edəcək və döyüş atışlarını həyata keçirəcək. Eyni zamanda şəhər və aviasiya əməliyyatlarının, həmçinin kibermüdafiə, terrorla mübarizə, humanitar yardımlar və təbii fəlakətlərin aradan qaldırılması ilə bağlı məşqlər nəzərdə tutulur. Səhra təlimləri Filippinin müxtəlif yerlərində baş tutacaq.

Bu arada bir qrup fəal Filippin Silahlı Qüvvələrinin Keson-Siti şəhərində yerləşən Baş qərargahı önünə toplaşaraq manevrlərdə iştirakı planlaşdırılan minlərlə amerikalı hərbçinin ölkəyə gəlişinə etiraz edir. ABŞ-nin Manila şəhərindəki səfirliyi önündə də nümayiş keçirilir. Təlimlərin dayandırılmasını və Birləşmiş Ştatların Filippindəki mövcudiyyətinin azaldılmasını tələb edən etirazçılar ABŞ bayrağının imitasiyasını yandırıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: