Myanma hərbçilərinin ölkənin şimalındakı Sikayn bölgəsindəki bir kəndə endirdiyi hava zərbələri nəticəsində 100-ə yaxın insan həlak olub.
NUHÇIXAN İnformasiya Agentliyi xarici KİV-lərə istinadla xəbər verir ki, bu zərbələr hakimiyyət əleyhdarları tərəfindən təşkil edilən mərasim iştirakçılarına endirilib.
Məlumatlara görə, ölənlər arasında çoxlu sayda uşaq da var. İlkin məlumatlarda ölənlərin sayının 50-yə yaxın olduğu bildirilsə də, lakin sonradan müxalifətyönümlü medianın yaydığı hesablamalara görə bu rəqəm 100-ə çatıb.
Təyyarənin səhər saatlarında müxalifət hərəkatının yerli ofisinin açılışına toplaşan izdihamın üzərinə bombalar atdığı bildirilir.