Rusiya hərbçiləri Donetski atəşə tutub, 1 mülki şəxs ölüb, 8-i yaralanıb

A- A A+

Rusiya Silahlı Qüvvələri bu gecə Ukraynanın Donetsk vilayətini atəşə tutub.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Donetsk Hərbi Administrasiyanın rəhbəri Pavel Kirilenko teleqramda yazıb.

Bildirilib ki, hücum nəticəsində mülki şəxslər arasında 1 nəfər ölüb, 8 nəfər isə yaralanıb.

Qeyd edək ki, Ukrayna sonuncu dəfə aprelin 6-da Donetski atəşə tutmuşdu.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb. BMT-nin məlumatına görə, indiyədək Ukraynada 8500-ə yaxın dinc sakin həlak olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: