Şmıqal: Beynəlxalq tərəfdaşlar Ukraynaya 115 milyard dollar verəcək

A- A A+

Ukraynaya bərpa işləri aparmaq üçün beynəlxalq tərəfdaşlarından 115 milyard dollar uzunmüddətli dəstək gözləyir.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Ukraynanın Baş naziri Denis Şmıqal teleqram kanalında bildirib. Onun sözlərinə görə, bu, ölkənin maliyyə sabitliyini təmin etməklə yanaşı, həm də müttəfiqlərin Ukraynaya lazımi qədər dəstək verəcəyinə dair Rusiyaya aydın siqnaldır.

Baş nazir qeyd edib ki, bu il sürətli bərpa layihələrinə 14 milyard dollar tələb olunur. Həmin vəsaiti yaya qədər toplamaq üçün tərəfdaşlarla danışıqlar aparıldığını diqqətə çatdıran Denis Şmıqal bərpa işlərinə başlamağa göstərdikləri köməyə görə ABŞ-a, Aİ-yə, Dünya Bankına, Beynəlxalq Valyuta Fonduna və G7 ölkələrinə təşəkkür edib.

Dünya Bankının prezidenti Devid Melpas bir qədər əvvəl bildirmişdi ki, Kiyevə bu il əsas iqtisadi xərclər üçün əlavə 11 milyard dollar lazım gələcək. Bank fövqəladə maliyyələşdirmə çərçivəsində Ukrayna üçün 23 milyard dollardan çox vəsait səfərbər edə bilib və bu məbləğin 20 milyard dolları artıq bölüşdürülüb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: