Malavidə “Freddie” qasırğası nəticəsində ölənlərin sayı 1000-ə çatıb

A- A A+

Afrikanın cənub-şərq sahillərində tüğyan edən “Freddie” qasırğası nəticəsində Malavidə ölənlərin sayı 1000 nəfərə yüksəlib.

NUHÇIXAN İnformasiya Agentliyi Anadolu agentliyinə istinadla xəbər verir ki, bu barədə Malavi Prezidenti Lazarus Çakvera mətbuata açıqlamasında məlumat verib. Dövlət başçısı təbii fəlakət nəticəsində yarım milyon insanın evlərini tərk etmək məcburiyyətində qaldığını, evlərin, körpülərin, binaların dağıldığını, yollara, enerji xətlərinə və kənd təsərrüfatı sahələrinə ciddi ziyan dəydiyini bildirib.

Qeyd edək ki, Ümumdünya Meteorologiya Təşkilatı (ÜMT) fevral ayında başlayan və bir aydan çox davam edən “Freddie”nin tarixin ən uzunmüddətli qasırğası ola biləcəyini demişdi.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: