Türkiyənin vitse-prezidenti: “Togg”un gələcəkdə dünya miqyasında istifadə olunacağına ümidliyik”

A- A A+

“Ümid edirik ki, “Togg” gələcəkdə bütün dünyada istifadə ediləcək avtomobil olacaq”.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Fuat Oktay jurnalistlərə açıqlamasında deyib.

O xalqı da Türkiyə istehsallı avtomobildən istifadə etməyə çağırıb: “Biz “Togg” avtomobilinə güvənirik. Ona görə də bundan istifadə edirik. İlkin hədəfimiz 1 milyon “Togg”un istifadəyə verilməsidir”.

F.Oktay söyləyib ki, yeni istehsal olunan avtomobilə ilk vaxtlardan bu qədər sərmayə qoyulması sevindiricidir: “İnşallah, gələcəkdə daha gözəl xəbərlər verəcəyik”.

Qeyd edək ki, "Togg" Türkiyənin ilk yerli elektromobilidir.

"Togg"un istehsalına başlanılmasının anonsunu ilk dəfə 2017-ci ildə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan verib. Bundan 1 il sonra qonşu ölkənin 5 aparıcı şirkəti - "Anadolu Group" (19 %), "BMC" (19 %), "Root Group" (19 %), "Turkcell" (19 %), "Zorlu Holding" (19 %) and "TOBB" (% 5) bir araya gələrək elektromobilin istehsalına başlamaq üçün birgə müəssisə yaradıb. 2 ildən sonra isə Türkiyənin Bursa vilayətinin Gemlik rayonunda dəyəri 22 milyard lirə və yaxud 1 milyard ABŞ dollarından çox olan zavodun inşasına başlanılıb. Tikintisində 9 700 nəfərin iştirak etdiyi müəssisə 2022-ci ildə istismara verilib və ötən il oktyabrın 29-dan burada "Togg"un kütləvi istehsalına başlanılıb.

Müəssisədə ilkin olaraq ildə 175 000 ədəd elektromobil istehsal olunması nəzərdə tutulub. Bu isə 4 300 nəfərin işlə təmin olunması deməkdir. 2030-cu ilə qədər isə illik istehsal gücü 1 milyon ədədi keçəcək.

Artıq “Togg”un satışına start verilib. Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varankın sözlərinə görə, vətəndaşların 95 %-i yerli elektromobili bəyənir. C sinifli SUV tipli elektromobil eyni sinifdəki daxili yanma mühərrikli avtomobillərlə rəqabət aparacaq.

Bu il martln əvvəlindən “Togg”un T10X modeli üçün ilkin sifariş prosesinə başlanılıb. İlk saatlardan model üçün 22 150 sifariş qəbul olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: