Gürcüstanda buğda istehsalı artıb, çörək ucuzlaşıb

A- A A+

Gürcüstanda buğda istehsalı 2022-ci ildə 15,8 faiz, arpa istehsalı isə 0,5 faiz artıb. Qarğıdalı istehsalında 35,8 faiz, kartof istehsalında isə 15,6 faiz azalma qeydə alınıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika Xidməti məlumat yayıb.

Buğda istehsalının artımı ölkədə çörəyin qiymətinin aşağı düşməsinə səbəb olub. Aprelin 12-dən etibarən çörəyin qiyməti 10 tetri ucuzlaşıb. Gürcüstan Çörək İstehsalçıları Assosiasiyasından bildirilib ki, buna səbəb bazarda unun ucuzlaşmasıdır. Ötən ildən bəri bir kisə unun qiyməti təxminən 15 lari aşağı düşüb və hazırda 52-55 lari arasında dəyişir.

Qeyd edək ki, çörək istehsalçıları üçün kommunal xidmət tariflərinə yenidən baxılması ilə bağlı istehsalçılar Kənd Təsərrüfatı Nazirliyi ilə danışıqlar aparırlar. Onların fikrincə, danışıqlar müsbət nəticələnərsə, çörəyin qiyməti daha da ucuzlaşa bilər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: