ABŞ-ın Florida ştatının qubernatoru Ron Desantis leysan yağışların törətdiyi daşqınlar səbəbindən Brauard dairəsində fövqəladə vəziyyət rejimi tətbiq edib.
NUHÇIXAN İnformasiya Agentliyi xarici KİV-ə istinadla xəbər verir ki, Brauard dairəsində yerləşən Fort-Loderdeyl şəhəri daşqından daha çox zərər çəkib. Şəhərdə evlər su altında qalıb, yollar bağlanıb. Yerli aeroport cümə günündən tez işləməyəcək.
Ötən 24 saat ərzində Floridada bəzi ərazilərə 600 mm-dən çox yağış düşüb.
Ştatın meteoroloji xidməti əhalini səyahətə çıxmamağa və hündür yerlərdə sığınmağa çağırıb.