KİV: Suriyada PUA zərbəsi nəticəsində YPG liderlərindən biri zərərsizləşdirilib

A- A A+

Suriyanın Türkiyə ilə sərhəd bölgəsində Türkiyəyə məxsus pilotsuz uçuş aparatı Qamışlı şəhəri yaxınlığında hərəkət edən avtomobilə zərbə endirib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Suriyanın müxalif mediası məlumat yayıb.

Bildirilib ki, zərbə nəticəsində nəqliyyat vasitəsində YPG terror təşkilatının liderlərindən sayılan şəxs ölüb, daha bir neçə nəfər isə yaralanıb.

Qeyd edək ki, YPG terror təşkilatı Suriyada fəaliyyət göstərir. Türkiyə qruplaşmanı PKK terror təşkilatının Suriya uzantısı hesab edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: