Ermənistanda hərbi təcili tibbi yardım avtomobili ilə yük maşınının toqquşması nəticəsində ambulansın sürücüsü və iki tibb işçisi yaralanıb.
NUHÇIXAN İnformasiya Agentliyi “Shamshyan”a istinadən bildirir ki, ölkənin Müdafiə Nazirliyi faktı təsdiqləyib.
Hadisə Zəngəzurda İrəvan-Mehri avtomobil yolunun 181-ci km-liyində baş verib.
Məlumata görə, avtomobillər toqquşub qaz kəmərinə dəyərək dərəyə aşıb.
Yaralı hərbçilər Qarakilsə rayonu ərazisindəki hospitala yerləşdiriliblər.
Ermənistan Müdafiə Nazirliyi isə bunu təkzib edərək, yaralılara ambulator yardım göstərildiyini bildirib.